Təhlükəsizlik

Stomatologiyada sterilizasiya necə aparılır?

Alətlərin yuyulmasından avtoklava qədər: düzgün sterilizasiyanın mərhələləri və xəstənin nəyə diqqət etməsi.

Sterilizasiya tibb müəssisəsində xəstə üçün istifadə olunan bütün alət və avadanlığın tam təmizliyinin təmin olunmasıdır. Alətlər yuyulur, dezinfeksiyaedici məhlulda saxlanılır, qurudulur, xüsusi paketlərə qablaşdırılır və sonda avtoklavda sterilləşdirilir.

Sterilizasiya niyə bu qədər vacibdir?

Sterilizasiya düzgün aparılmadıqda hepatit B, C, D və vərəm kimi yoluxucu xəstəliklər yayıla bilər. Alətləri yalnız suda yumaq, məhlulda saxlamaq və ya köhnə aparatlarda qızdırmaq xəstəlik törədicilərini və virusları tam məhv etmir. Buna görə müasir sterilizasiya bir neçə ardıcıl mərhələdə aparılır.

Müasir sterilizasiyanın 5 mərhələsi

  1. Alətlər isti və soyuq suda xüsusi təmizləyici vasitələrlə yuyulur.
  2. Dezinfeksiyaedici məhlulda müəyyən edilmiş müddətdə saxlanılır.
  3. Yenidən yuyulur və qurudulur.
  4. Xüsusi aparatda paketlənir.
  5. Paketlər avtoklava yerləşdirilir və aparat xüsusi proqramla işə salınır.

Sterilizasiya yalnız alətlərdən ibarət deyil

Müalicə kabinetinə fərdi bahillərlə daxil olmaq, müalicədən əvvəl birdəfəlik önlüklərdən, plastik stəkanlardan, şprislərdən və digər birdəfəlik ləvazimatdan istifadə də sterilizasiya qaydalarına daxildir. Kabinet və avadanlıq mütəmadi olaraq dezinfeksiya olunur.

Xəstə nəyə diqqət edə bilər?

Alətlərin məhz sizin üçün möhürlü paketdən açılmasını görmək həm həkimin öz işinə arxayınlığını, həm də xəstənin həkimə və klinikaya olan güvənini artırır. Belə suallar verməkdən çəkinməyin — bu, sizin haqqınızdır.

Məqalə maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Bu mövzuda sualınız var?

Qəbulda vəziyyətiniz müayinə olunacaq və müalicə variantları izah ediləcək.

Menyu
Zəng Marşrut
Şəlalə Əhmədovanın portreti

Vizitkart

Şəlalə Əhmədova

Həkim-stomatoloq · Elite Dental klinikasının baş həkimi

Həsən bəy Zərdabi prospekti 53A, Yasamal rayonu, Bakı
İnşaatçılar metrostansiyasının yaxınlığında

Qəbul günü və saatı zəng zamanı razılaşdırılır.

seçmək · Enter açmaq · Esc bağlamaq